Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:41

Rövşən Mustafayev dəfn olundu


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev fevralın 21-də dəfn olunub. Çalışdığı institutda keçirilən vida mərasimindən sonra onu Yasamal qəbiristanlığında - atasının məzarı yanında dəfn ediblər.

R. Mustafayev İstanbul «Memorial» Xəstəxanasında uzun sürən ağır xəstəlikdən sonra fevralın 19-da vəfat edib.

R. Mustafayev 1960-cı ildə Bakıda anadan olub. O, 1990-cı illərin əvvəlində Azərbaycanda ilk müstəqil analitik mərkəzi Dövlət Quruculuğu və Beynəlxalq Əlaqələr İnstitutunu yaradıb.
AMEA-nın İnsan Hüquqları İnstitutunun qurucusu və direktoru olub. 70-dən artıq elmi məqalə və kitabın müəllifidir.

R. Mustafayev Azərbaycanın ilk siyasi elmlər doktoru idi.
XS
SM
MD
LG