Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:16

NATO Tbilisi və Kiyevin bloka üzvlüyünə hər cür dəstək verəcək


NATO Ukrayna və Gürcüstana bloka üzv ola bilməsi üçün hər cür dəstək verəcək. Alyansın müdafiə nazirlərinin Krakovdakı toplantısının ikinci günündə NATO-nun baş katibi Yap De Hup Skeffer belə deyib.

Skfefer vurğulayıb ki, Rusiyanın Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə qarşı çıxması onların siyasətinə təsir edə bilməz. NATo ölkələri həm Ukrayna, həm də gürcüstanla siyasi və hərbi əməkdaşlığı daha da da genişləndirməkdə qərarlıdırlar. NATO-nun baş katibi bu məsələnin alyansın ilin sonundakı toplantısında bir daha müzakirə ediləcəyini deyib.

NATO və müttəfiqlərinin müdafiə nazirlərinin toplantısının ikinci günüdə blokun müasir təhlükələrə qarşı yeni konsepsiyalarının hazırlanması da müzakirə edilib.
XS
SM
MD
LG