Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:50

İranın atom bombası düzəltmək üçün bir tondan artıq xammalı var


İran uranı zənginləşdirmə fəaliyyətini azaldıb, amma hələ də bomba düzəltmək üçün xammal toplamağa davam edir. Hal hazırda İranın əlində bomba düzəltmək üçün yetərincə ehtiyatı var.

Beynəlxalq Atom Enerjisi Agentliyinin son hesabatında belə deyilir. Hesabata görə, İranın 1 tondan artıq aşağı səviyyədə zənginləşdirilən uran xammalı var. Bu xamal bir az da zənginləşdirilsə, nüvə silahı düzəltmək üçün yetərli ola bilər.

Bu cür hesabatlara baxmayaraq, İran nüvə yanacağını ancaq dinc enerji məqsədiylə hazırladığını iddia eləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG