Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:34

Teleradio yayımı və KİV haqqında qanunlara dəyişikliklər olacaq


Milli Məclisin Mədəniyyət Məsələləri Daimi Komissiyasının sədri Nizami Cəfərov

Milli Məclisin Mədəniyyət Məsələləri Daimi Komissiyasının sədri Nizami Cəfərov

«Televiziya və radio yayımı haqqında» qanuna bir sıra hüquqi və texniki dəyişikliklər ediləcək. Bu barədə Milli Məclisin Mədəniyyət Məsələləri Daimi Komissiyasının fevralın 20-də keçirilən iclasında bildirilib.

Komissiyanın sədri Nizami Cəfərov «Turan»a deyib ki, qanuna ediləcək dəyişikliklər özəl yayımçı, teleradio yayımı sahəsində dövlətin əsas funksiyaları və vəzifələri, xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xitam verilməsi, reklamın yayımlanması maddələrinə aiddir:

«Qanunu pozan teleradioların yayımının müvəqqəti dayandırılması və sonra məhkəməyə müraciət edilməsi ilə bağlı sənəddə dəqiqləşdirmələr aparılıb. Eyni zamanda, xarici yayımçılara icazə ilə Azərbaycandakı mühüm əhəmiyyətli tədbirləri (məsələn, idman yarışları, seçkilər və s.) canlı yaymaq hüququ qanuna daxil ediləcək. Cəzalandırılmış televiziya və radio bununla bağlı öz efirində məlumat verməlidir. Həmçinin televiziya və radio efir saatı ərzində 12 dəqiqədən artıq reklam yaya bilməz».

N.Cəfərov deyib ki, yeni dəyişikliklər qanunda mövcud olan boşluqları aradan qaldıracaq və onun beynəlxalq standartlara uyğunluğunu təmin edəcək.

Komissiyanın iclasında həmçinin «Kütləvi informasiya vasitələri haqqında» qanuna dəyişikliklərin edilməsi məsələsinə də baxılıb. Qanuna ediləcək dəyişikliklər kütləvi informasiya vasitələrinin istehsalının, yayımının dayandırılması və ya xitam verilməsi qaydalarının dəyişdirilməsini nəzərdə tutur:

«Bu dəyişikliklərə görə, baş redaktorlar ali təhsilli olmalı, əcnəbi vətəndaş olmamalıdır. Çap mətbuatının zəruri nüsxələri Mətbuat Şurasının müəyyənləşdirdiyi mühüm ünvanlara məcburi göndərilməlidir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG