Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:52

Bakı ATƏT-in Minsk qrupunun narahatlığını bölüşmür


"Azərbaycan bundan sonra da ərazisinin işğaldan azad olunması üçün bütün qurumlarda fəaliyyətini davam etdirəcək". Rəsmi Bakı ATƏT-in Minsk qrupunun fevralın 19-da yaydığı bəyanatına belə cavab verib.

Həmsədrlər son bəyanatda Azərbaycanın dekabrın sonlarında BMT-də yaydığı sənədlərdən narahat olduqlarını bildirib, Dağlıq Qarabağ münaqişəsinin hərbi həllinin olmadığını vurğulamışdılar.

Bakının yaydığı həmin sənədlər Azərbaycanın ərazi bütövlüyü və özünümüdafiə hüququnun tanınmasıyla bağlı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib ki, Azərbaycan həmin sənədləri yayarkən beynəlxalq norma və prinsiplərə əsaslanıb və bundan sonra da əsaslanacaq. Xəzər İbrahimin sözlərinə görə, yaxşı olardı ki, "Minsk qrupu" Azərbaycanın beynəlxalq hüquq çərçivəsindəki səylərinə yox, Ermənistanın Azərbaycan ərazisni işğal altında saxlamasına diqqəti yönəltsinlər.
XS
SM
MD
LG