Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:05

«Azərbaycan dili həmişə işğal olunub» (video)


Ramiz Əskər
Ramiz Əskər
«Azərbaycanda 500 min adam dilimizi bilmir».

Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına filologiya doktoru, professor Ramiz Əskər deyib. Onun sözlərinə görə, Azərbaycan dili həmişə işğal olunub:

«Azərbaycan dili Sovet dövründə ikinci dərəcəli dilə çevrilmişdi. Yazıçıların yubiley mərasimləri istisna olmaqla, heç bir dövlət səviyyəli tədbirdə Azərbaycan dili hakim olmayıb. Sovet imperiyasının vahid dili rus dili idi. İstəyirdilər, hamı bu dili sevsin, bu dildə danışsın. Buna müəyyən mənada nail olublar da. Təkcə Azərbaycanda 500 min rusdilli adam var. Onlar Azərbaycan mədəniyyətinə, siyasətinə inteqrasiya oluna bilmirlər. İndi də çox nazirlər var ki, öz doğma dillərini bilmirlər. Ayıbdır belə şeylər. Heç Afrikada belə şey ola bilməz».
Ana dilinin lüğət tərkibi
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00
Direct-ə keçid


Ramiz Əskərin sözlərinə görə, hazırda Azərbaycan dilində 70 minə yaxın söz toplanıb: «Amma dilimizdə ərəb tərkibli sözlər çoxdur. Dialektlərdən yeni sözlər almaq lazımdır. Ona görə də Seyfəddin Altaylının «Azərbaycan dilinin ensiklopediyası» adlı 5000 səhifəlik kitabı buraxılacaq. Cənub, Şimal, Borçalı, Dərbəndli, Kərkük – bütün bölgələrdə işlənilən sözlər burada yer alacaq. Biləcəyik ki, söz xəzinəmiz nə qədərdir. Nə qədər söz ədəbi dildə işlənir və s.»

Fəxrəddin Veysəlli
«Azərbaycan dilinin vəziyyəti həmişə yaxşı olub. Sadəcə olaraq, Sovet imperiyasının gəlişindən sonra dilə münasibət dəyişdi» - bunu isə filologiya doktoru, professor Fəxrəddin Veysəlli dedi. Onun sözlərinə görə, Sovet dövründə Azərbaycan dilinin hüquqları sıxışdırılıb: «Dilimiz bir növ ikinci dil səviyyəsinə endi. Zaman-zaman dilimizə daxildən və xaricdən hücumlar olub. Elə indi də ünsiyyət bizim dildə deyil. Özümüz dilimizə hörmətsizlik göstəririk. Dünyada 6200 dil var. Onun yalnız 196-sı dövlət dili səviyyəsindədir. Bizim dilimiz də dövlət dili kimi fəaliyyət göstərir. Amma onun sosial istiqamətdə işlənməsi hələ qaneedici deyil».

Fəxrəddin Veysəlli bunun günahını həm də alimlərdə görür: «Bizim alimlər lüğət toplamaqla məşğuldurlar. Amma indi o dövr keçib. İndi dildə sözün çoxluğuyla dünyaya meydan oxumaq olmaz. Danışıq dilinin əsaslarını işləyib hazırlamaq lazımdır. Çalışmaq lazımdır ki, danışıq dili alət kimi işlənsin və ölkəyə gələnlər də bundan istifadə etsinlər. Bir dəfə Almaniya səfirliyinin əməkdaşlarından birinə irad tutdum ki, niyə siz rus dilindən istifadə edirsiniz? Dedi ki, çünki sizin idarələrə Azərbaycan dilində məktub göndəririk, rucsa cavab alırıq».

Buna da bax:

XS
SM
MD
LG