Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Əfqanıstana mülki avadanlıq Özbəkistan və Tacikistandan daşınacaq


Tacikistan öz ərazisindən NATO-nun mülki avadanlığının Əfqanıstana daşınmasına icazə verib. Amerikalı kontr-admiral Mark Harniçek bu gün Tacikistanın dövlət televiziyasına deyib ki, rəsmi Düşənbə mülki avadanlığın dəmiryol və magistral yollarla daşınmasına razılaşıb. Ancaq Harniçek bildirib ki, hələlik heç bir razılaşma imzalanmayıb.

ABŞ Özbəkistanın da Əfqanıstana mülki avadanlığın daşınmasına razılıq verdiyini deyir.

İndiyədək belə daşınmalar Qırğızıstandan həyata keçirilirdi. Fevralın 20-də Qırğızıstan prezidenti ABŞ-ın bu ölkədəki aviabazasının bağlanması ilə bağlı qanunu imzalayıb.

Vaşinqton Əfqanıstandakı qoşunlarının təchizatı üçün yolları müxtəlifləşdirməyə çalışır.
XS
SM
MD
LG