Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:09

Etiraz aksiyası haqda müxalifətin qərarı gözlənilir


Beş müxalifət partiyasının təmsil olunduğu “Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” və “Respublikaçılar” təşviqat qrupları fevralın 22-də planlaşdırdıqları etiraz aksiyasını harada keçirmələriylə bağlı fevralın 21-də qərar verəcəklər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov “Azadlıq” radiosuna bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti bundan əvvəl də etiraz aksiyalarını keçirmək üçün onlara Bibiheybətə qəsəbəsindəki meydanı təklif etmişdi. “Ancaq biz öz təklif etdiyimiz yerlərdə toplaşmaq istəyirik”.

“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” və “Respublikaçılar” təşviqat qrupları şəhər icra hakimiyyətinə müraciətlərində «Nərimanov» kinoteatrının qarşındakı meydanı, Füzuli və Əzizbəyov meydanlarını, Hüseyn Cavid bağını və sərbəst toplaşmaq azadlığı haqqında qanuna uyğun olaraq Prezident Aparatının 200 metrliyindəki istənilən yeri təklif etmişdilər. Bakı şəhər icra hakimiyyəti isə dünənki cavabında onlara Bibiheybət qəsəbəsini təklif edib.
Azərbaycanda martın 18-də Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər üzrə referendum keçiriləcək. Müxalifət bu dəyişikliklərin Azərbaycanı monarxiya rejiminə aparacağını deyir və buna etiraz aksiyası keçirmək istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG