Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:11

«Başçı məmurlardan prezidentə şikayət edib»


Xaqani bağında aparılan işlər yekunlaşmaq üzrədir, Sahil bağında isə yeniləşmə hələ davam edir

Xaqani bağında aparılan işlər yekunlaşmaq üzrədir, Sahil bağında isə yeniləşmə hələ davam edir

«Azadlıq» qəzeti yazır ki, icra başçısı məmurlardan prezidentə şikayət edib.
Sahil və Xaqani (Malakan) bağlarının ərazisində yeraltı dayanacaqların tikiləcəyi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Bunu Səbail rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov deyib.

«O bildirib ki, bəzi iş adamları və onların havadarları həmin bağların ərazisində kommersiya xarakterli obyektlərin, bağların altında isə iki mərtəbəli avtomobil dayanacağının tikilməsinə icazə almaq üçün əllərindən gələni ediblər. Məsələ ciddi hal aldığına bəzi instansiyalara müraciət etdik, bunlar da nəticə vermədiyindən prezidentə məlumat verdik». S.Ələkbərov artıq Xaqani bağında aparılan işlərin yekunlaşmaq üzrə olduğunu, Sahil bağında isə hələ davam etdiyini söyləyib.

«Bizim Yol»: «Media forum» portalı Azərbaycan müdafiə nazirinin müavini –Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayevin qətlinin açılıb-açılmayacağı ilə bağlı oxucuları arasında sorğu keçirib.
«Rail Rzayevin qətlinin üstü açılacaqmı» sualına 161 cavab verib. Onların 11,18 faizi qətlin üstünün tezliklə açılacağını deyib. Respondentlərin 18,63 faizi bildirib ki, cinayət gec açılacaq. 65, 22 faizi iddia edir ki, bu cinayətin üstü heç vaxt açılmayacaq. 4,97 faizi isə cavab verməkdə çətinlik çəkdiyini bildirib. Bu iş üzrə artıq şübhəli şəxs qismində bir nəfərin saxlandığı barədə redaksiyamıza qeyri-rəsmi kanallarla daxil olmuş məlumatı ötən yazılarımızda dərc etmişdik. Həmin məlumatı Baş Prokurorluq nə təsdiq nə də təkzib edib.

«Yeni Müsavat»: Ölkənin ən böyük rusdilli portalı hesab olunan day.az internet qəzeti srağagün axşamdan işləməməyə başladı. Əvvəl xəbər yayıldı ki, bunun səbəbi texnikidir. Lakin dünən günorta saatlarından etibarən mətbuat cameəsində day.az saytının tamamilə bağlanması barədə məlumat yayıldı. Ölkədə fəaliyyət göstərən bütün informasiya agentlikləri və portallar sayta girişin qeyri-mümkünlüyünü işıqlandırdılar.
day.az ana səfhəsində qısaca olaraq layihənin başa çatması haqda xəbər yerləşdirib. Amma səhifədə layihənin hansı səbəbdən və niyə bu cür qəflətən başa çatdığı açıqlanmayıb.
Elnur Baimov gün ərzində tapılmadı
Politoloq İlqar Məmmədovun rəhbərlik etdiyi Respublikaçı Alternativ (REAL) İctimai Birliyinin yaydığı bəyanata görə, sayt hakimiyyətin təzyiqi altında qapadılıb.

«Yeni Azərbaycan»: Azərbaycan-İran Hökumətlərarası Komissiyasının yeddinci iclasında iştirak etmək üçün Bakıya gələn İranın xarici işlər naziri Mənuçehr Mottəki dünən Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşüb. O Əsədov deyib ki, Azərbaycan yaxın qonşu və dost olan İran ilə əlaqələrin inkişafına maraqlıdır. Münasibətlərimizin yüksələn səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd edən O.Əsədov deyib ki, prezidentlərimizin qarşılıqlı səfərləri zamanı imzalanmış çoxsaylı sənədlə əlaqələrimizin hərtərəfli inkişafı üçün hüquqi baza yaradıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, səfirlər və digər rəsmi şəxslər iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG