Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:50

Futbol ulduzu Dieqo Maradonanın nəvəsi olub


Uşağın atası Madridin «Atletico» futbol klubunun argentinalı oyunçusu Serjio Aquerodur.

Aquero Argentina milli yığma komandasının əsas oyunçularından biridir. Lakin ötən ilin noyabrında Maradona Argentina millisinə məşqçi təyin ediləndən sonra komandanın Şotlandiya ilə ilk görüşündə Serjio Aquero oynaya bilməyib.

Onun hamilə olan həyat yoldaşı, Maradonanın qızı özünü pis hiss etdiyindən futbolçu təcili şəkildə İspaniyaya getməli olmuşdu.

Aquero Maradonanın başçılığı altında Argentina yığmasının fevralda Fransa millisinə qarşı keçirdiyi ikinci oyunda iştirak edərək argentinalıların qələbəsinə öz töfhəsini verə bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG