Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:22

«Şaxtyor» «Tottenxem»i məğlub etdi


Fevralın 19-u gecə futbol üzrə UEFA Kubokunun 1/16 mərhələsinin ilk qarşılaşmasında daha beş oyun keçirilib. Ukraynanın «Şaxtyor» klubu doğma meydanda İngiltərənin «Tottenxem» klubunu məğlub edib. Hər iki qol qarşılaşmanın ikinci hissəsində vurulub. 79-cu dəqiqədə Seleznev, 88-ci dəqiqədə isə Jadson fərqlənib.

Digər qarşılaşmada «Fiorentina» (İtaliya) «Ayaks»a (Hollandiya) uduzub: 0-1.

«Mançester Siti» (İngiltərə) səfərdə «Kopenhagen»lə (Danimarka) məhsuldar heç-heçəyə nail olub: 2-2.

Eyni hesab «Lex» (Polşa) - «Udineze» (İtaliya) qarşılaşmasında da qeydə alınıb.

«Marsel» (Fransa) isə «Tvente» yə (Hollandiya) məğlub olub: 0-1
XS
SM
MD
LG