Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:36

Azərbaycan Türkiyənin mövqeyində dəyişiklik görmür


Azərbaycan Xarici İşlər Nazirliyi bu gün rəsmi açıqlama yayıb. Nazirliyin mətbuat katibi Xəzər İbrahim Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ münaqişəsilə bağlı son açıqlamasını xatırladıb, deyib ki, baş nazirin mövqeyi Türkiyə dövlətinin mövqeyidir. «Türkiyənin Dağlıq Qarabağla bağlı rəsmi mövqeyində dəyişiklik görmürük».

“Azadlıq” radiosunun (“Radio Liberty”) Ermənistan xidməti sərh vermişdi ki, son zamanlar Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün Dağlıq Qarabağla bağlı şərtindən vaz keçdiyinin əlamətləri görünür.

Rəcəb Tayyip Ərdoğan isə ölkəsinin Dağlıq Qarabağla bağlı siyasətində hər hansı dəyişikliyin olmadığını bildirib: “Qarabağ məsələsi ilə bağlı bizim mövqeyimizdə Azərbaycanın rəsmi mövqeyindən fərqli hər hansı dəyişiklik yoxdur”.
XS
SM
MD
LG