Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:56

İnternet narkobiznesə də vasitə olub


“Narkotik maddələrin qanunsuz dövriyəsində internetin rolu artmaqdadır. Heroin, kokain və başqa narkotik maddələri internetlə, online yolla satan cinayətkarlar özlərini hüquq-mühafizə orqanlarından gizləyə bilirlər”.

Bu barədə Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Şuranın hesabatında deyilir. Fevralın 19-da Vyanada yayılan hesabatda qeyd edilir ki, ümumi internet istifadəçiləri arasında gizlənən narkotik ticarətçiləri mesajlarını xüsusi üsullarla şifrələyir, bu yolla da yüklərin çatdırılması, pul köçürmələri kimi əməliyyatlarını əlaqələndirirlər.

Şura narkotik kimi istifadə edilən həşişi indi Avropa üçün əsas təhlükə hesab edir. Təşkilatın məlumatına görə indi Avropada insanların 37 %-i azı bir dəfə həşişdən istifadə edib. Böyük Britaniyada 15-16 yaşlı orta məktəb uşaqlarının 44 %-i heç olmasa bir dəfə həşiş istifadə edib. Fransa, İspaniya, İrlandiya, Çex Respublikası və Belçika kimi ölkələrdə də həmin narkotikdən geniş istifadə edilir.

Hesabata görə, Əfqanıstan hələ də dünyanın əsas heroin təchizatçısı olaraq qalır. Dünyadakı heroinin 92%-ini bu ölkə verir. Kanada isə ekstazi maddəsinin əsas istehsalçısıdır. Bu ölkədə həmin narkotik Çindən qaçaq yolla gətirilən kimyəvi maddələrdən düzəldilir.

Şuranın hesabatına görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan Məskəzi Asiya Regionu üzrə İnformasiya və Koordinasiya Mərkəzinin yaradılması sahəsində əməkdaşlıq edirlər. Bu mərkəzlə informasiyaların mübadiləsi Orta Asiya regionunda narkotiklərə nəzarət imkanını gücləndirəcək. Amma hələlik Rusiya Mərkəzin yaradılmasına dair razılaşmanı ratifikasiya etməyib.
XS
SM
MD
LG