Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:05
«Qarabağ hamımızı geri atır. O cümlədən, Qarabağ Ermənistan üçün bizdən daha bəlalıdır. Ən azı ona görə ki, Qarabağ Ermənistanı Rusiyaya bağlayır».

Filosof Rəhman Bədəlov «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib.

Onun sözlərinə görə, Rusiya faktoru olmasa, Azərbaycanla Ermənistanın sazişi mümkündür:

«Dostluq demirəm, bu, qeyri-mümkündür. Qarabağ məsələsini də həll etmək olar. Rusiyasız. Gec-tez hamımız anlayacağıq ki, əslində itiririk».

R.Bədəlov deyir ki, Avropalı gələcək qalib gələcək. Çünki Avropa daha güclüdür:

«Avropa qurumları belə öhdəlik qoyurlar ki, siz birgə hərəkət edin. Görürlər ki, alınmır, bizimlə ayrı-ayrılıqda işləyirlər. Lakin bu yanaşma inteqrasiya xarakterlidir. Milli xüsusiyyətlər var, biri xristiandır, digəri müsəlman. Maneələr var. Onları da aşmaq olar».

Şərhləri göstər

XS
SM
MD
LG