Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:35

Avropa Birliyi Belarusla münasibətləri yaxşılaşdırmağa çalışır


Avropa Birliyinin xarici siyasət rəsmisi Xavyer Solana bu gün Minskdə Belarus prezidenti Aleksandr Lukaşenkoyla görüşüb.
Lukaşenkonun mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə ikitərəfli münasibətlərin yaxşılaşdırılması yolları müzakirə olunub. Tərəflər qərara gəliblər ki, Avropa Birliyi və Belarusun yaxınlaşmasına mane olan səbəbləri aradan qaldırmaq üçün danışıqları davam etdirsinlər.

Belarusda 10 ildən çox hakimiyyətdə olan Lukaşenkonun rejimini tez-tez insan haqlarını pozmaqda ittiham edirlər. Ancaq son dövrlər rəsmi Minsk Qərblə yaxınlaşmaq üçün cəhdlər edir. Avropa Birliyi son bəyanatlarından birində vurğulayıb ki, artıq Minsklə daha yaxşı münasibətlər qurmağın vaxtı çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG