Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:56

Meriya müxalifətə yenə Bibiheybəti məsləhət görüb


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatının mitinq keçirməklə bağlı müraciətinə cavabı müxalifəti qane etmir.

Müsavat Partiyası Aparatının rəhbəri Arif Hacılı fevralın 19-da «Azadlıq» radiosuna bildirib ki, icra hakimiyyətinin cavab məktubunda mitinq keçirmək üçün onların istədiyi meydanların heç birinin adı yoxdur:

«Ənənəvi cavab verilib. Yenə də BŞİH hansısa mülahizələrə əsasən bizim göstərdiyimiz yerlərin heç birini məqsədəuyğun saymır və Bibiheybət stadionunda kütləvi aksiya keçirməyi məsləhət görür. Bu, tamamilə qanuna ziddir. Əslində BŞİH öz səlahiyyətlərini aşaraq belə cavab verib».

A.Hacılı deyir ki, onlar növbəti addımları ilə bağlı qərar vermək üçün vəziyyəti müzakirə edəcəklər.

«Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatı fevralın 14-də aksiya keçirmək məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərmişdi. Müraciətdə aksiya üçün paytaxtın bir neçə rayonunun adı qeyd olunurdu.

Müxalifət fevralın 22-nə planlaşdırdığı aksiyada Konstitusiyaya əlavə və düzəlişlərə etiraz etmək istəyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG