Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:09

Həmsədrlər Azərbaycanın BMT-də yaydığı sənəddən narahat olublar


Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın BMT-dəki Daimi nümayəndəliyinin ötən ilin dekabrında yaydığı sənədlərdən narahatlıq ifadə edən bəyanat yayıb.

Həmsədrlərin - Fransadan Bernard Fasye, Rusiyadan Yuriy Merzlyakov və ABŞ-dan Metyu Brayzanın adından fevralın 19-da yayılan bəyanatda qeyd edilir ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və güc tətbiqi münaqişənin yeganə və davamlı nizamlanma yolu kimi nəzərdən keçirilə bilməz.

Minsk Qrupu həmsədrləri bildiriblər ki, Azərbaycan və Ermənistan prezidentləri də həm yanvarın 28-də Surixdə keçirilən son görüşlərndə, həm də onadan sonrakı çıxışlarında Minsk Qrupunun vasitəçilik cəhdlərinə sadiq qaldıqlarını deyiblər. Ona görə də Minsk Qrupu həmsədrlər münaqişənin həllində baza prinsiplərinin tapılmasında tərəflərə kömək etmək üçün fevralda yenidən regiona səfər edəcəklər: “Minsk Qrupu həmsədrləri münaqişənin tarixi və hüquqi aspektlərinə dair diskussiyalarla sülh prosesinə ziyan vurulmasına imkan verməyəcək”-deyə bəyanatda qeyd edilir.

2008-ci il dekabrın 24-də Azərbaycanın BMT-dəki daimi nümayəndəsi öz dövləti adından bu beynəlxalq təşkilata iki sual verib. Səfir soruşur ki, Ermənistan Respublikası Dağlıq Qarabağ bölgəsində və ətrafında Azərbaycan Respublikasına silahlı hücum edibmi? İkincisi də Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Ermənistandan müdafiə olunmaq üçün özünümüdafiə hüququndan istifadə edə bilərmi?

Aqşin Mehdiyev öz məktubuna Qarabağ münaqişəsinin hüquqi nəticələri barədə hesabatı da əlavə edib.

Dekabrın 29-da göndərdiyi ikinci məktubunda isə Azərbaycanın daimi nümayəndəsi dövlətlərin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququna dair təməl normalar haqqında məruzə və ona əlavə əksini tapıb.
XS
SM
MD
LG