Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:53

Müttəfiqləri ABŞ-ı məyus edib


ABŞ müdafiə naziri Robert Geyts Avropadakı müttəfiqlərinin Amerikanın Əfqanıstana əlavə qüvvələr göndərmək çağırışına dəstək verməməsindən məyus olduqlarını gizlətməyib.

Fevralın 19-da NATO və müttəfiq ölkələrin müdafiə nazirləri Polşada Əfqanıstandakı durumu müzakirə ediblər. ABŞ müdafiə naziri Robert Geyts Krakov şəhərindəki toplantıda müttəfiqlərdən Əfqanıstana əlavə qoşun göndərməyi xahiş edib. Nazirin sözlərinə görə, Əfqanıstanda avqustda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ilə əlaqədar vəziyyət gərginləşir. Üstəlik, Əfqanıstandakı müxtəliq yaraqlı qrupları da səylərini birləşdiriblər və bölgədəki NATO qüvvələriylə əfqan hökumətinə qarşı daha ciddi mübarizəyə başlayıblar. Geyts deyib ki, təhlükəsizliyi təmin etmək üçün müvəqqəti də olsa, əlavə qüvvələrin göndərilməsinə ehtiyac var.

Amerika Prezidenti Barak Obama Əfqanıstana əlavə 17 min Amerika əsgərinin göndərilməsi ilə bağlı bu həftə sərəncam imzalamışdı. Robert Geyts fevralın 19-da keçirilən toplantıda Avropadakı müttəfiqlərin Amerikanın addımlarına gözlənilən dəstəyi verməməsindən məyus olduğunu gizlətməyib.
XS
SM
MD
LG