Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:57

Bəxtiyar Vahabzadənin xatirəsi əbədiləşdiriləcək


Prezident xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqda sərəncam imzalayıb.

Sənədə əsasən Bakı və Şəki şəhərlərində küçələrdən birinə Bəxtiyar Vahabzadənin adı verilməli, şairin yaşadığı binaya (İstiqlaliyyət küçəsi, 9) xatirə lövhəsi vurulmalı və Şəki şəhərində mərhumun büstü ucaldılmalıdır.

Sərəncamda prezident filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün Bəxtiyar Vahabzadə adına təqaüdün təsis edilməsini və Şəki şəhərinin orta məktəblərindən birinə şairin adının verilməsini də tapşırıb.

Xalq şairi B. Vahabzadə 2009-cu il fevralın 13-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG