Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:47

Jurnalistin qətlində ittiham olunanlara bəraət verildi


Moskva Hərbi məhkəməsi jurnalist Anna Politkovskayanın qətlində ittiham olunan 3 nəfərə bəraət verib. Azadlıq Radiosnun Rus xidmətinin məhkəmə zalından verdiyi xəbərə görə, hakim bildirib ki, istintaq Cəbrail və İbrahim Mahmudov qardaşlarıyla polis zabiti Sergey Hacıkurbanovun qətlə aidiyyatı olduğunu sübuta yetirə bilməyib.

“Novaya Qazeta”nın müxbiri Anna Politkovskaya Kremli, Putini və Çeçenistanın Moskva meylli hakimiyyətini tənqdi edirdi. Politkovskaya 2006-cı il oktyabrın 7-də evinin girişində güllələnmişdi. Hüquq-mühavizə orqanları Qətli törətmək şübhəli bilinən şəxsin xaricdə gizlənidiyni bildirirlər. Öldürülən jurnalistin yaxınları isə Rusiya hüquq-mühavizə orqanlarından şəxsən qatilin və qətlin sifarişçiləri tutulmasını tələb edirlər.
XS
SM
MD
LG