Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:15

«Metallist» səfərdə «Sampdoriya»nı məğlub etdi


Fevralın 18-i gecə futbol üzrə UEFA Kubokunun 1/16 mərhələsinin ilk qarşılaşmaları keçirilib. Turun ən gözlənilməz nəticəsi «Metallist»in (Ukrayna) səfərdə «Sampdoriya»nı (İtaliya) məğlub etməsidir - 1-0. Yeganə qolu 45-ci dəqiqədə Oleynik vurub.

Danimarkanın «Olburq» klubunun doğma meydanda İspaniyanın «Deportivo» klubunu böyük hesabla (3-0) yenməsi də sensasiya hesab edilə bilər.

Ümumiyyətlə, postsovet məkanının klubları bu tur məğlubiyyətə uğramayıblar. «Dinamo» (Kiyev) Ukraynada «Valensiya» (İspaniya) ilə heç-heçə edib-1-1. Eyni hesab «Aston Villa» (İngiltərə) – ÇSKA (Rusiya) qarşılaşmasında qeydə alınıb.

UEFA Kubokunun son qalibi «Zenit» isə «Ştutqart»dan (Almaniya) üstün olub -2-1.

Turun ən maraqla gözlənilən qarşılaşmasında – «Verder» (Almaniya) – «Milan» (İtaliya) - qalib müəyyən edilməyib: 1-1. İndzaqinin qoluna Dieqo cavab verib.

Digər qarşılaşmalar isə belə nəticələnib:

«Bordo» (Fransa) – «Qalatasaray» (Türkiyə): 0-0
«Olimpiakos» (Yunanıstan) – «Sent Etyen» (Fransa): 1-3
«Neymegen» (Hollandiya) – «Hamburq» (Almaniya): 0-3
PSJ (Fransa) – «Volsburq» (Almaniya): 2-0
«Braqa» (Portuqaliya) – «Standard» (Belçika): 3-0

Cavab qarşılaşmaları bir həftədən sonra keçiriləcək.
XS
SM
MD
LG