Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:11

Şahvələd Çobanoğlu: «Hökumət qiymətləri aşağı salmalıdır»


Şahvələd Çobanoğlu

Şahvələd Çobanoğlu

«Hökumət qiymətləri aşağı salmalıdır. Çox təəccüblüdür ki, nəyə görə xarici ölkə vətəndaşları Azərbaycan benzininin 1 tonunu 342 dollara almalıdır, biz isə 908 dollara?»

Jurnalist Şahvələd Çobanoğlu «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib.

Onun sözlərinə görə, bu, təkcə vətəndaşların öz maşınlarına tökdüyü benzin məsələsi deyil:

«Nədən tez-tez «bizim pulumuz var» deyən hakimiyyətimiz bu pulu bizdən, öz vətəndaşlarından yığmalıdır?».

Ş.Çobanoğlu deyir ki, ölkə iqtisadiyyatında qiymətlər yanacağın qiymətindən ciddi şəkildə asılıdır:

«Benzinin qiymətinin aşağı düşməsi ölkədə qiymətlərin kifayət qədər aşağı düşməsinə səbəb ola bilər. İnhisar mövcuddur, bilirəm, amma belə olsa, ciddi dəyişikliklər ola bilər».

Jurnalist bildirir ki, Azərbaycan hakimiyyəti həmişə bir xətt yeridib - bahalaşmaya doğru:

«Hardasa istək var ki, qiymətləri aşağı salmaqla xalqın razılığını əldə etsin. Azərbaycan hakimiyyəti bunu edərsə, ciddi suallar ortaya çıxa bilər: büdcənin doldurulması müəyyən qədər problematik olar, böyük layihələr dayana bilər və s. Hakimiyyət bu pulları itirmək istəmir. Onu bizdən qazanmaq istəyir. Hakimiyyət hər şeyi görür, amma etmək istəmir. İctimai rəyi hazırlamaq lazımdır ki, hakimiyyətə verilən mesajlarla buna gedilsin. Ucuzlaşma ölkə iqtisadiyyatının inkişafı üçün atılan addım olacaq. Bu, bir nömrəli məsələdir».

Ş.Çobanoğlu ölkə mətbuatında yazdığı araşdırmanı heç də stəkanda fırtına yaratmaq hesab etmir.

Şərhləri göstər

XS
SM
MD
LG