Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:43

Roma papası məscidə girəcək


Roma Papası 16-cı Benedikt İordaniyaya səfəri zamanı ölkənin ən böyük məscidinə gedəcək. Bir neçə aydan sonra reallaşacaq səfəriylə Papa ərəb və İslam dünyasına xoş məramlı mesaj vermək istəyir. Məlumatı DPA agentliyi Əmmandakı katolik kilsəsi nümayəndəliyinə istinadla yayıb.

Papanın gedəcəyi Hüseyn bin Talal məscidi Əmmanın kənarında yerləşir.

Kilsənin sözçüsü bildirib ki, bu, Papanın ərəb ölkəsinə ilk səfəri olmaqla dinlərarası dialoqda yeni səhifə açacaq.
Bu Papanın məscidə ikinci gedişidi, bundan əvvəl o İstanbulda məsciddə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG