Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:24

60 ilə dünyada kişi qalmayacaq


Kişilərin nəsilartırma qabiliyyəti birbaşa ətraf mühitin çirklənməsi və kimyəvi qidaların artımıyla bağlıdır
Kişilərin nəsilartırma qabiliyyəti birbaşa ətraf mühitin çirklənməsi və kimyəvi qidaların artımıyla bağlıdır
Kişilərin bir cins kimi sonu yaxınlaşır. Bir-birindən xəbərsiz aparılan onlarla elmi araşdırmaya görə, ətraf mühitin çirklənməsi, kimyəvi tullantıların təsiri və qeyri-təbii qidalanma indiki templə davam etsə, cəmi 60 il sonra dünyadakı kişilər sonsuz olacaq, yəni nəsilartırma funksiyalarını itirəcək.

Barselonadakı məşhur süni mayalanma mərkəzi - «CEFER» klinikasında doktor Fernando Malinanın rəhbərliyi ilə aparılan araşdırma kişi cinsinin tükənmək üzrə olduğunu aşkarlayıb.

Araşdırma nəticəsində hazırlanan hesabata görə, 30 il əvvəl dünya kişilərində aktiv speramların sayı ortalama 63 faiz idi. Yəni bir kişinin nəslini artırmağa yarayan, qadın yumurta hüceyrəsini mayalandırmağı bacaran toxum sayı bu qədər idi. Aradan keçən 30 ildə bu rəqəm 42 faizə düşüb. Əgər azalma bu gedişlə davam etsə, cəmi 60 il sonra dünya kişiləri nəsilartırma qabiliyyətini tam itirə, sonsuz ola bilər.

Hesabatda bunun səbəbləri də sadalanır, kişilərin nəsilartırma qabiliyyətinin birbaşa ətraf mühitin çirklənməsi və kimyəvi qidaların artımıyla bağlı olduğu vurğulanır. Qeyd olunur ki, kişinin sperm faizinə ən çox təsri edən faktorlar plastik məmulatlar, plastik qablaşdırılan qidalar, ət və bitki qidlarının tərkibindəki kübrə və başqa kimyəvi qarışıqların qidayla birgə insan orqanizminə nüfuz etməsi və s.-dir.

Böyük Britaniyada aparılan başqa bir araşdırmaya görə isə, artıq heyvanlarda ekoloji mühitin dəyişməsi erkək hormonlarının azalması, dişi hormonlarının isə artımına səbəb olub.

Kimyəvi məhsulların insan sağlamlığına təsiriylə bağlı Britaniya hökumətində keçmişdə müşavir olan Gwynne Lyonsun araşdırmasına görə, son illərdə təbiətdəki heyvanat növləri və insanlar yüz mindən çox kimyəvi maddənin təsirinə məruz qalıblar.

Hətta Avropa Komissiyası kimi qurumlar da bunların 99 faizi ilə bağlı heç bir nizamlama gətirə bilməyiblər. Canlılara təsir edən 85 faizi ilə bağlı isə ictimaiyyət ya yetərincə məlumatlandırılmır, ya da yanlış yönləndirilir.

Təbiətlə bağlı araşdırmalar isə göstərir ki, Yaponiya, Afrika və Amerikada su hövlərində yaşayan balıqlarda dişiləşmə - qadın hormonlarının çoxalması və kişi cinsiyyət orqanlarının funksiyalarının itirilməsi sürətlənib.

Eyni proses əkinçilik və sənayenin inkişaf etdiyi ərazilərə yaxınlıqda yaşayan timsahlarda, tısbağalarda, marallarda, keçilərdə, siçanlarda, bəzi ağ ayılar, bəbirlər və samurlarda da müşahidə olunur. Bəzi erkək tısbağalar və su heyvaları isə artıq erkək deyil, hermofrodit - ikicinsli doğulurlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG