Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:49

Sarkozi milyonların küçəyə çıxmasının qarşısını almağa çalışır


Fransa prezidenti Nikola Sarkozi həmkarlar ittifaqlarının rəhbərləri ilə danışıqlar aparır ki, dünya maliyyə böhranının insanların həyatına mənfi təsirinin qarşısını necə almaq olar.

Sammit Fransada son onilliklərdə iqtisadi vəziyyətin ən çox pisləşdiyi və Sarkosinin böhrandan çıxış strategiyasının tənqid edildiyi bir vaxtda keçirilir.

Keçən ay hökumətin işini qənaətbəxş saymayan 2 milyon yarıma qədər adam küçələrə çıxmışdı və ölkə böyu tətillər keçirilmişdi. Nəqliyyatın, hospitalların, poçtun işi iflic olmuşdu.
XS
SM
MD
LG