Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:00

Amerikada 9 milyon adama yardım edəcəklər


Amerika prezidenti Barak Obamanın ipoteka kreditləri götürmüş vətəndaşlara yardım üçün nəzərdə tutulan planı əsasında 75 milyard dollar pul xərclənəcək. (Asoşieytid Press)

Bu 9 milyon amerikalını evlərini itirməkdən xilas edə bilər. Krediti qaytara bilməyənlərə yardım ediləcək. Bundan başqa ipoteka verən bamklara güzəştlər ediləcək ki, müştərilərin ödəniş şərtlərini yumşaltsınlar.

Amerikada ipoteka sahəsində problemlər dünya maliyyə böhranının əsas səbəblərindən sayılır.

Amerikanın yeni prezidentinin təşəbbüsü ilə parlament bu yaxınlarda iqtisadiyyata 800 milyard dollarlıq yardım planı da təsdiqləyib.
XS
SM
MD
LG