Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:49

21 bölgədə kanalizasiya sistemini yenidən quracaqlar


İkinci “Milli su və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində 21 şəhər və rayon mərkəzində, ətraf kəndlərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması həyata keçiriləcək. Bu barədə AzərTAC-a “Azərsu” ASC-nin prezidenti Nizaməddin Rzayev bildirib.

Dəvəçi, Daşkəsən, Gədəbəy, İmişli, Kürdəmir, Siyəzən, Ağsu, İsmayıllı, Ucar, Zərdab, Lənkəran, Masallı, Astara, Cəlilabad, Yardımlı, Lerik və Naxçıvan MR-in Culfa, Kəngərli, Şahbuz, Ordubad və Sədərək kimi şəhər və rayon mərkəzlərində yenidənqurma işlərinin maliyyələşdirilməsi üzrə Dünya Bankı ilə danışıqlar başa çatıb.

O bildirib ki, layihə çərçivəsində daha 570 min əhali etibarlı su təchizatı və kanalizasiya xidmətləri ilə təchiz olunacaqdır. Artıq müvafiq sazişlər imzalanıb və icra işlərinə başlanıb. Layihənin 2013-cü ildə yekunlaşacağı planlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG