Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:00

İran Azərbaycandan şikayət edib


Azərbaycan və İranın rabitə nazirliklərinin rəsmiləri bu ölkənin telekanallarının Azərbaycan ərazisində qanunsuz yayımının qarşısının alınması ilə bağlı müzakirələr aparırlar. Bunu APA-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin direktoru Əflatun Şərifov deyib.

Son vaxtlar “Səhər” kanalının qanunsuz yayım dairəsinin Bakıya yaxınlaşmasına, Şirvan şəhərinə qədər genişlənməsinə münasibət bildirən Ə. Şərifov qeyd edib ki, adıçəkilən şəhər açıq ərazidə yerləşdiyi və dağlarla əhatə olunmadığı üçün İran kanallarının həmin bölgədə nümayişi mümkündür. “İran da Azərbaycan kanalları bu ölkənin efir məkanına müdaxilə etdiyi üçün Beynəlxalq Kommunikasiya İttifaqına şikayət edib”.

RİTN-in Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev isə bildirib ki, İran kanallarının Şirvan ərazisinə qədər yayımlanması yeni hal deyil, qonşu ölkənin kanallarının Azərbaycanda qanunsuz yayım dairəsi genişlənməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG