Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:54

İlham Əliyev İslam həmrəyliyinə çağırır


“Biz islam aləminin yaxın olmasına, islam həmrəyliyinə çalışırıq. Buna böyük ehtiyac var”. Azərbaycan prezidenti İlham Əliyev bu fikirləri bu gün Heydər Əliyev Sarayında “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimində deyib.

Prezidentin sözlərinə görə, müsəlman ölkələri arasıında iqtisadi, siyasi və mədəni sahədə daha çox əməkdaşlıq - daha çox ticarət əlaqələri olmalıdır. “Siyasi səviyyədə də İslam həmrəyliyi mühümdür. BMT-də və digər beynəlxalq təşkilatlarda da həmrəylik genişləndirilməlidir”.

Tədbirdə İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri də iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG