Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:31

Üç avropalıdan biri qlobal böhranda yəhudiləri günahkar sayır


Anti-Defamasiya Liqasının loqosu

Anti-Defamasiya Liqasının loqosu

Avropanın 7 ölkəsində aparılan araşdırma göstərir ki, avropalıların üçdə biri hazırkı qlobal maliyyə böhranına görə həmin sektordakı yəhudiləri günahkar sayır. Anti-Defamasiya Ligasının apardığı araşdırmaya görə, avropalıların yarısı hesab edir ki, yəhudilər yaşadıqları ölkəyə sadiq deyillər.

Rəyi soruşulanların üçdə birindən çoxu isə düşünür ki, yəhudilər biznes və maliyyə sektorunda “həddindən artıq nüfuza” malikdir. Bu göstərici Macarıstan, İspaniya və Polşada 50 faizdi.

Araşdırma müəllifləri deyirlər ki, bu nəticələr əsrlərlə Avropada yəhudilərin təqib edilməsinə yol açan antisemit təsəvvürlərin indinin özündə də milyonlarla avropalının beynində mövcudluğunu davam etdirməsini sübut edir.

Rəy sorğusu 7 ölkədə - Avstriya, Fransa, Macarıstan, Almaniya, Polşa, İspaniya və Böyük Britaniyada ümumilikdə 3500 nəfər arasında keçirilib.

Ümumiyyətlə, araşdırmalar göstərir ki, bu ölkələrin 6-da antisemitizm ciddi problem olaraq qalır, yalnız Böyük Britaniyada belə təsəvvürlər zəifləmək tendensiyası göstərir.

Anti-Defamasiya Ligası 1913-cü ildə yaradılıb – yəhudilərə qarşı təqiblərə reaksiya olaraq.

Günün bütün mövzuları

XS
SM
MD
LG