Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 23:34

«Bakıda maşınların sayı ildə 100 min ədəd artır»


Kamil Səlimov
Kamil Səlimov
«Bakıda maşınların sayı ildə 100 min ədəd artır». Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupun rəhbəri Kamil Səlimov «Azadlıq» radiosunun «Can Bakı» proqramına belə deyib.

O deyir ki, 2004-cü ildə Bakıda 400 min maşın vardısa, 2008-ci ildə onların sayı 800 minə çatıb:

«Deməli, paytaxtda maşınların sayı ildə 100 min ədəd artır. Onda 2010-cu ildə bizi nə gözləyir?»

K.Səlimov şəhər mərkəzində yol hərəkətinin tənzimlənməsinə mane olan tıxacların qarşısının alınmasına dair keçirdikləri son monitorinqin nəticələrini də açıqlayıb:

«Bakıda avtomobil nəqliyyatı müasir tələblərə uyğun tənzimlənmir. Yollar dardır, avtomobil parkları yoxdur. Buna görə də paytaxtda tıxac problemi yaranır. Əgər eyni ərazidə 10 ev tikilirsə, ən azı iki maşın parkı da inşa edilməlidir».

K.Səlimov Nizami rayonunda da monitorinq apardıqlarını deyib:

«8-ci kilometr bazarı» kimi tanınan ticarət mərkəzinin qarşısındakı yolda hər gün böyük tıxac yaranır. Hələ Sovet dövründən bu ərazidə həm sağ, həm də sol tərəfdə yaşıllıqlar var. Ortadan magistral yol gedir. Evlərin arasında da xüsusi yollar var.
Şahin Camalov
İndi bu yollarda tikintilərə başlayıblar. Ağacları da qırıb-töküblər. Bazara gələn insanlar da maşını saxlamağa yer tapmırlar. Nəticədə də tıxac yaranır. Biz məsələ qaldıracağıq ki, bu tikililəri söksünlər. Ağaclar da bərpa olunmalıdır. Bazarın aşağı hissəsində də maşın parkı tikilsin ki, alış-verişə gələn insanlar maşınlarını saxlaya bilsinlər».

Birgə İşçi Qrupun «Qaynar xətt» xidmətinin rəhbəri Şahin Camalov isə Quba, Gəncə, Şəki və Cəlilabada səfər etdiklərini deyib:

«Aztəminatlı əhali ilə görüşüb, onların şikayət və ərizələrini qəbul etdik, onlara hüquqi məsləhətlər verdik. Quba və Gəncədə yaxşı işlədik. Şəki və Cəlilabadda isə yerli icra hakimiyyətlərinin təzyiqlərinə məruz qaldıq. Şəki rayon İcra Hakimiyyəti bizim icarəyə götürdüyümüz binanın qapısını qıfıllayıb, əhalinin şikayətlərinin dinlənməsinə imkan vermədi. Cəlilabadda isə günorta saatlarına kimi şikayət ərizələrini qəbul etsək də, sonradan icarəyə götürülmüş binanın sahibi bizdən təcili olaraq oranı tərk etməyi tələb etdi».

Buna da bax:

XS
SM
MD
LG