Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:23

Terrorla mübarizə insan haqları prinsiplərinə zərbə vurub


ABŞ hərbçiləri Əbu-Qreyb həbsxanası qarşısında, 19 yanvar 2006

ABŞ hərbçiləri Əbu-Qreyb həbsxanası qarşısında, 19 yanvar 2006

Beynəlxalq Hüquqşünaslar Komissiyasının qənaətinə görə, terrorla mübarizədə işgəncələrdən istifadə edən Birləşmiş Ştatlar və başqa ölkələr əsas insan azadlıqlarının toxunulmazlığı prinsipinə ciddi ziyan vurublar. Komissiya üç illik araşdırmasının yekununu fevralın 16-da elan edib. Təşkilat hesab edir ki, 2001-ci ilin 11 sentyabrında məruz qaldığı terror hücumundan sonra dünyanın qabaqcıl demokratik ölkələrindən olan ABŞ-ın gördüyü bir sıra tədbirlər beynəlxalq humanitar hüquqa və insan haqları prinsiplərinə uyğun deyil.

Komissiyanın təmsilçiləri dünyanın 40-dan çox ölkəsində, o cümlədən də Kanada, ABŞ, Kolumbiya, İsrail, Pakistan və Britaniyada ekspertlər, rəsmilər, insan haqları qrupları və qurbanlarla söhbətdən ediblər. Onların məlumatına görə, Birləşmiş Ştatlarda terrorizmə görə şübhəli adamlar işgəncələr, qəddar davranış və ədalətsiz məhkəmə kimi insan haqları prinsiplərinə zidd əməllərlə üzləşiblər.

Hətta, terrorizmin real hədəfi olmayan bəzi ölkələr də terrorla mübarizə adı ilə insan haqlarını məhdudlaşdırıblar.

Hüquqşünaslar Komssiyası ABŞ-ın yeni administrasiyasını ölkədə humanitar hüququn və insan haqları prinsiplərinin bərpasına çağırır.

Beynəlxalq Hüquqşünaslar Komissiyasına BMT-nin İnsan Haqları üzrə keçmiş Ali Komissarı və İrlandiyanın sabiq prezidenti Mari Robinson rəhbərlik edir. Ondan başqa, Komissiyanın səkkiz nəfərdən ibarət olan heyətində Argentinaın Ali Məhkəməsinin sədri, Beynəlxalq Hərbi Tribunalın keçmiş Yuqoslaviya üzrə hakimi kimi nüfuzlu hüquqşünaslar var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG