Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:56
«Mavi» olmaq, erməni olmaq qətiyyən ayıb bir şey deyil. Ayıb rüşvətxor, şərəfsiz, xain olmaqdır. Başqa millətdən olmaq, qeyri-ənənəvi cinsi oriyentasiyalı olmaq şərəfsizlik deyil».

«Artuş və Zaur» kitabının müəllifi Əli Əkbər «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib:

«Baxın insanlar bu gün nə ilə məşğuldur, bir-birilərində erməni köklərini axtarırlar. Ya da ki, «səndən xoşum gəlmir, sən «mavi»sən və s. Əli Kərimlinin başına gətirilənləri hamımız bilirik. Cəmiyyətimizdə hələ çoxlu problemlər olduğu halda bunlar ayıb bir şey deyil».

Ə.Əkbər düşünür ki, Azərbaycanda demokratiya olsa, Ermənistanın «işi bitəcək» və ya əksinə:

«Bu gün hər iki tərəfin qorxusu odur ki, Allah qıymasın tərəflərdən biri demokratikləşsin, Avropa ailəsinə qoşulsun. Məsələn, Gürcüstandakı cəhddə, Baltikyanı ölkələrdə olduğu kimi. Bu halda qarşı tərəf məhv olar. Bir anlıq təsəvvür edin. Dəhşətli mənzərə yaranır. Demokratik rejim Ermənistanda hakimiyyətə gəlir. Gürüstandan da qat-qat yaxşı, Baltikyani ölkələrdəki kimi sistem işləməyə başlayır. Bitdi də hər şey. Azərbaycan üçün hər şey bitdi. Və ya tərsinə olsa. Amma təsəlli verə bilərik özümüzə, bitməyəcək».

Ə.Əkbər hesab edir ki, Azərbaycan və erməni xalqı bir-birinə möhtacdır:

«Qarşı tərəfin nə deyəcəyini gözləyirik. Dolma əsas mübahisə obyektinə çevrilib. İnformasiya müharibəsi də elə bundan başlayıb. Hər iki tərəf düşünür ki, bu məsələlər dünya üçün vacibdir. Amma anlamırlar ki, bu «həqiqətlər» heç kimə orda maraqlı deyil, heç kimə! Adam olun və bütün münaqişələr həllini tapacaq».

«Artuş və Zaur» romanı haqda danışarkən Ə.Əkbər deyir ki, ən çox bənzətmə «Təhminə və Zaur» pyesinin adi ilə aparıla bilər:

«Anara sataşmaq məqsədim olsa da, əsas o deyildi. Ad müxtəlif ola bilərdi, məsələn, «Karen və Mehdi».

Ə.Əkbər deyir ki, kitabda «Əli və Nino»dakı dialoqların təxminən 10 faizindən istifadə olunub:

«Artuş və Zaur»da Ermənistan-Azərbaycan arasındakı problemlərin həlli yolları göstərilib. Əsas konstruksiya elə bundan ibarətdir. Homoseksual tematika yazıda aparıcı deyil. Bu, bir fondur, bir alətdir ki, cəlb etsin. Cənubi Qafqazda axı homoseksualizmə münasibət bəllidir. Kitabda mən nəinki Ermənistan-Azərbaycan, hətta Gürcüstandakı konfliktlərə də toxundum. Üç respublikanı Cənubi Qafqazın bir mozaikası kimi göstərdim. Mən belə görürəm. Amma, niyə problemlər həll olunmur sualına cavab tapa bilmədim».

Şərhləri göstər

XS
SM
MD
LG