Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:09

Gəncənin peşəkar futbol klubunun sponsoru məlum oldu


Bu barədə məlumatı klubun prezidenti Elmir Məmmədov fevralın 17-də keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə kluba «AZNUR» Holdinq sponsorluq edəcək.

«AZNUR» Holdinqin rəhbərliyi klubun bütün imkanları ilə maraqlanıb. Smeta sənədləri nəzərdən keçirib və kluba sponsorluq etməyə razılıq verib»,- deyə Elmir Məmmədov bildirib.

Gəncə regional Futbol Federasiyasının sədri Xanlar Fətiyev Gəncədə yeni yaradılan federasiyanın strukturu barədə məlumat verdi.

Onun sözlərinə görə federasiyada 4 komissiya yaradılıb.

Mətbuat konfransında Gəncə futbol komandasının baş məşqçisi də məlum oldu. Bu post Qusarın «Şahdağ» komandasına baş məşqçilik etmiş Fuad İsmayılovdur. İsmayılov bildirdi ki, komanda bu ilin avqust ayında birinci dəstənin oyunlarına qatılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG