Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:59

Həbsdə olan jurnalistlərin ailələrinə maddi yardım göstərilib


«Sərhədsiz Reportyorlar» naməlum şəxslərin basqını nəticəsində xəsarət almış bir neçə Azərbaycan jurnalistinə də analoji yardım edib

«Sərhədsiz Reportyorlar» naməlum şəxslərin basqını nəticəsində xəsarət almış bir neçə Azərbaycan jurnalistinə də analoji yardım edib

«Sərhədsiz Reportyorlar» beynəlxalq mətbuatı müdafiə təşkilatı Azərbaycanda həbsdə olan dörd jurnalistin ailəsinə maddi yardım göstərib.

Fevralın 17-də təşkilatın nümayəndəsi Bakıda Sakit Zahidov, Müşviq Hüseynov, Qənimət Zahidovun həyat yoldaşlarına və Eynulla Fətullayevin atasına pul verib.

Bu, «Sərhədsiz Reportyorlar»ın birinci üç ailəyə artıq ikinci maddi yardımıdır.

Vəsait ailə başçılarından məhrum olan ailələrin maddi vəziyyətlərinin ağırlığı nəzərə alınaraq ayrılıb.

Son illər ərzində «Sərhədsiz Reportyorlar» naməlum şəxslərin basqını nəticəsində xəsarət almış bir neçə Azərbaycan jurnalistinə analoji yardım edib.

Yardım alan ailələr «Sərhədsiz Reportyorlar»a dəstəyinə görə təşəkkür ediblər.

«Turan»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG