Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 05:54

«Sərhədsiz Reportyorlar» Mahal İsmayıloğlunun vəziyyəti ilə maraqlanır


«Sərhədsiz Reportyorlar» beynəlxalq mətbuatı müdafiə təşkilatı «Xalq» qəzetinin keçmiş redaktoru Mahal İsmayıloğlunun istintaqını izləyir.

Təşkilat polis bölməsində jurnalistin səhhətinin kəskin pisləşməsindən və onun cərrahiyyə əməliyyatı üçün ölkədən çıxmasına qoyulan qadağadan narahatdır.

Ötən şənbə günü M.İsmayıloğlu keçən ilin yayında ona qarşı xuliqanlıq ittihamı ilə açılmış iş üzrə Abşeron rayon Polis İdarəsinə çağırılıb.

Dindirilmə zamanı jurnalist huşunu itirib və xəstəxanaya yerləşdirilib.

«Turan»
XS
SM
MD
LG