Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:18

Maliyyə böhranı Azərbaycanda məktəb tikintisinə təsir edəcək


Misir Mərdanov dünya maliyyə böhranının bu il yeni məktəblərin tikintisi sahəsinə təsir edəcəyini deyir

Misir Mərdanov dünya maliyyə böhranının bu il yeni məktəblərin tikintisi sahəsinə təsir edəcəyini deyir

Azərbaycanın Təhsil naziri Misir Mərdanov dünya maliyyə böhranının bu il yeni məktəblərin tikintisi sahəsinə təsir edəcəyini bildirib:

«Bu il ötən ildən tikintisi yarımçıq qalmış və qəza vəziyyətində olan məktəblərdə tikinti-təmir işləri davam etdiriləcək. Çox güman ki, bu il keçən ilki kimi məktəblərin tikintisində sürət və say olmayacaq»,- bunu fevralın 17-də Misir Mərdanov jurnalistlərə bildirib.

Nazir həmçinin bildirib ki, bu ilin sonuna qədər Bakı və Sumqayıt şəhərlərində 20 məktəbdə «Elektron məktəb» layihəsi həyata keçiriləcək.

«Trend»in məlumatına görə, Azərbaycanda 2008-ci ildə 161 yeni məktəb istifadəyə verilib, 129 məktəb əsaslı təmir edilib və müasir avadanlıqlarla təchiz olunub. 2009-cu ildə isə 100-dən çox məktəbin əsaslı təmiri nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG