Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:21

Xocalı faciəsinin ildönümünə dair tədbirlər planı təsdiqlənib


Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin sərəncamına əsasən fevralın 26-sı ölkənin rəsmi şəxsləri Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət edəcəklər, axşam saat 5-də bütün ölkədə bir dəqiqəlik sükut elan olunacaq.

Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında Xocalı faciəsini anma mərasimləri keçiriləcək. Tədbirlər planına uyğun olaraq, yerli kütləvi informasiya vasitələrində Xocalı faciəsi ilə bağlı materiallar yayılacaq. Xocalılıların müvəqqəti məskunlaşdığı yerlərdə şəhid ailələrinə yardımlar veriləcək.

1992-ci il fevralın 26-da Sovet ordusunun 366-cı motoatıcı diviziyası və erməni hərbi qüvvələri Xocalıda dinc sakinlərə qarşı qırğın törədiblər. Uşaqlar və qadınlar da daxil olmaqla 600-dən çox dinc sakin öldürülüb və Xocalı şəhəri xəritədən silinib.

Günün bütün mövzuları

XS
SM
MD
LG