Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:56

Radikal dini qrupun üzvü olan daha 2 şəxs zərərsizləşdirilib


Milli Təhlükəsizlik Nazirliyi (MTN) bu yaxınlarda zərərsizləşdirdiyi və beynəlxalq terror şəbəkəsi ilə əlaqədə olduğu bildirilən radikal dini qrupun daha iki üzvünü saxlayıb. MTN-in yaydığı məlumata görə, saxlanılan Xəlilov Amil Rza oğlu və Alazovi İbadət Məhəmməd Azərbaycan vətəndaşlarından ibarət radikal dini qrupun üzvləridir.

Bu yaxınlarda zərərsizləşdirildiyi bildirilən qrup üzvləri silahlı birləşmə yaratmaqda, dövlət quruluşunu dəyişməkdə, ölkədəki sabitliyi pozmaqda və digər cinayətkar əməllər planlaşdırmaqda ittiham edilir.

2008-ci ilin avqust ayında «Əbu Bəkr» məscidində iki nəfərin ölümü ilə nəticələnən partlayışın törədilməsində də bu qrupun iştirakı olduğu bildirilir.

Məlumatda deyilir ki, qrupun üzvləri həmin partlayışı törətməkdə təqsirləndirilən şəxs kimi axtarışda olan «Meşə qardaşları» adlı silahlı birləşmənin rəhbərlərindən birinin - ləqəbi «Süleyman» olan Samir Mehdiyevin istintaqdan yayınaraq ölkəni tərk etməsini və başqa dövlətin ərazisində gizlənməsini təşkil ediblər.

Nazirlik bildirir ki, qrupun digər üzvlərinin tapılıb zərərsizləşdirilməsi üçün əməliyyat tədbirləri davam edir.
XS
SM
MD
LG