Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:14

Azərbaycan Yunanıstana qaz tədarükünü artıra bilər


İlham Əliyevin yunanıstanlı həmkarı Karolos Papulyasla görüşü

İlham Əliyevin yunanıstanlı həmkarı Karolos Papulyasla görüşü

«Bir ildən artıqdır ki, Azərbaycanın təbii qazı Yunanıstan bazarına daxil olur, oradan isə Avropaya göndərilir. Bu istiqamətdə qaz tədarükünü artırmağa şübhə yoxdur». Bunu prezident İlham Əliyev yunanıstanlı həmkarı Karolos Papulyas ilə görüşdən sonra bildirib.

«RİA novosti» xəbər yayıb ki, İlham Əliyev enerji təhlükəsizliyi məsələsini beynəlxalq ictimaiyyətin prioriteti hesab edib.

O, həmçinin bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynamağa hazırdır. Artıq bir ildən çoxdur ki, Azərbaycan qazı Yunanıstana, beləliklə də Avropa İttifaqı bazarına ixrac olunur.

«AzərTAc» xəbər verir ki, geniş tərkibdə görüşdən sonra iki ölkə arasında sazişlər imzalanıb. Bu sazişlər ikiqat vergi tutmanın ləğvi, aviasiya sahəsində əməkdaşlıq və texnologiyalar, informasiya və kommunikasiya sahələrində əməkdaşlıq sahələrini əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG