Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:16

ABŞ immiqrantları orduya cəlb edir


Bu il pilot proqramla ilk dəfə məhdud sayda - cəmi 1000 nəfər imiqrantın orduya yazılmasına imkan veriləcək
Bu il pilot proqramla ilk dəfə məhdud sayda - cəmi 1000 nəfər imiqrantın orduya yazılmasına imkan veriləcək
Amerika ordusu bu ölkədə müvəqqəti viza ilə yaşayanlara altı ay müddətində vətəndaşlıq vəd edir. Bu yaxınlarda icrasına başlanacaq pilot proqrama görə, könüllü orduda qulluq edən immiqrantlar xidmətlərinin ilk günündə vətəndaşlıq üçün müraciət edəcəklər.

Altı ay ərzində isə onlar vətəndaşlıq andı içib ABŞ vətəndaşı olacaqlar. Ordu bu cür könüllü immiqrantları vətəndaşlıq müraciəti üçün lazım olan 675 dollarlıq ödənişdən də azad edir.

Bu proqram «green kart» deyilən sənədlə azı iki il ABŞ-da yaşayan immiqrantlara aiddir. Amma «The New York Times» qəzetinin yaydığı xəbərə görə, ABŞ-da oxuyan tələbələr və qaçqınlar da bu proqramla vətəndaş olmaq üçün könüllü orduya yazılmağa müraciət edə biləcəklər.

Nyu-Yorkdan başlanacaq pilot proqramla 550 nəfər immiqrantın orduya qəbul edilməsi nəzərdə tutulur. Könüllülərin orduya lazım olan 35 dildən birini və ya ikisini bilmələri tələb olunur. Bunların arasında ərəb, çin, hindi dilləri də var. Bundan başqa, ölkənin hər yerindən də 300 nəfər könüllü tibb işçisinin orduya qəbul olunması planlaşdırılır.

Ordu rəhbərliyi bir çox amerikalıdan daha təhsilli, bacarıqlı və bir neçə dil bilən immiqrantların imkanlarından tibbi yardım, tərcümə, kəşfiyyat təhlilləri kimi sahələrdə istifadə etmək niyyətindədir.

Bu il pilot proqramla ilk dəfə məhdud sayda - cəmi 1000 nəfər immiqrantın orduya yazılmasına imkan veriləcək.

Pentaqon rəhbərliyi proqramı uğurlu hesab etsə, gələcəkdə vətəndaş olmaq istəyən daha çox könüllü immiqrantın orduya qəbuluna imkan veriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG