Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:07

Çavesin reallaşan zarafatı


Hüqo Çaves deyir ki, sosialist inqilabını başa çatdırmaq niyyətindədir
Hüqo Çaves deyir ki, sosialist inqilabını başa çatdırmaq niyyətindədir
Azərbaycan hakimiyyətinin martda etmək istədiyini Venesuela hakimiyyəti bu bazar etdi-prezidentlik müddətlərinə qoyulan məhdudiyyəti referendumla götürdü. İndi neft ölkəsi Venesuelada nə qədər istəyirsən prezident ola bilərsən.

İkinci prezidentlik müddəti 3 ilə bitəcək Hüqo Çaves bildirib ki, ondan sonra da hakimiyyətdə qalmaq istəyir, çünki sosialist inqilabını başa çatdırmaq niyyətindədir.

Referendumun nəticəsini Hüqo Çaves sosialist islahatlarını davam etdirməyə xalqın mandatı adlandırıb. O deyib ki, xalq sosializmə və inqilaba «hə» dedi. Buna görə yaxın on illərdə sosialist islahatları intensivləşəcək.

Referendumun nəticəsinin yaxın illər üçün həlledici olması ilə müxalifət də razıdır, ancaq başqa səbəbdən. Müxalifət deyir ki, referendumun bu nəticəsi ölkəni hakimiyyət acı olan avtokratın diktatorluğuna aparacaq. Bunu «Assoşieyted press» yazır və xatırladır ki, 10 il əvvəl prezident seçilən Çaves hələ onda demişdi ki, hakimiyyətdə 2049-cu ilə - 95 yaşı olana kimi qala bilər. O vaxt buna zarafat kimi baxırdılar.

Vaşinqtondakı İnter-Amerikan dialoq adlı təhlil mərkəzinin təhlilçisi Maykl Şifter agentliyə deyib ki, Çavesin məqsədi aydındır: o, ömürük prezidentliyə gedir. Ancaq təhlilçinin fikrincə indiki qlobal böhran buna imkan verməyə də bilər. Venesuelanın ixracının 94 faizi neftin payına düşür. Neftin qiyməti belə aşağı olsa, ictimai pulu xərcləmək hesabına populyarlığını belə qaldırmaq ona çətin olacaq. Venesueladakı pulsuz təhsili, tibb sistemini, hökumətin evlə təminat sxemini maliyyələşdirmək üçün neftin bareli gərək 60 dollar ola. Üstəlik indi ölkədə inflyasiya 31 faizdir, bu da neft gəlirlərini yeyir.

Maraqlıdır ki, müxalifətin Venesueladakı iradları isə elə Azərbaycandakı kimidir. Müxalifət prezidenti dövlətin resurslarından öz xeyrinə istifadə etməkdə günahlandırır. Deyir ki, büdcə təşkilatlarında işləyən 2 milyon seçiciyə təzyiqin və onların səslərinin hesabına prezident qalib gəldi. Dövlətin bütün televiziyalarını məcbur edirdilər ki, onların hamısı tez-tez Çavesin çıxışlarını versinlər. Məhkəmələr, qanunvericilik və seçki şurası - hamısı prezidentin nəzarətindədir. Hətta Venesuela rəsmilərinin özləri «Assoşieyted press»ə deyirlər ki, Çavesi dayandırmaq mümkün deyil.

Venesuelanın müxalifət lideri Omar Barboza isə deyir ki, bunun axırı diktatorluq olacaq – hakimiyyət bölgüsü olmayacaq, bütün hakimiyyət bir əldə cəmləşəcək, dövlətin resurslarını hakimiyyət istədiyi kimi istifadə edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG