Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:15

Jurnalist polis idarəsində huşunu itirib


İsmayıloğlu bildirib ki, artıq 7 ay idi ki, istintaqa çağırılmırdı

İsmayıloğlu bildirib ki, artıq 7 ay idi ki, istintaqa çağırılmırdı

Fevralın 14-də «Xalq qəzeti»nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu Abşeron rayon polis idarəsinə çağırılıb və orada huşunu itirib.

Jurnalist halının xarablaşmasına ona qarşı qondarma şahidlərin ifadəsi ilə hazırlanan qərarın səbəb olduğunu deyir:

«Fevralın 14-də məni ölkədən kənara çıxmamağa dair iltizam almaq və işi məhkəməyə göndərməklə bağlı qərara qol çəkmək üçün polis idarəsinə çağırdılar. Orada məlum oldu ki, 2 nəfər keçmiş polis əməkdaşını və naməlum bir qadını da təsadüfən hadisə yerində olmuş şahidlər kimi işə əlavə ediblər. Başdan ayağa qondarma bir proses yaradıblar və indi onu məhkəməyə göndərmək istəyirlər. Qərarla tanış olanda birdən ürəyim tutdu və xəstəxanada ayıldım».

Mahal İsmayıloğlu həkimlərin onu çətinliklə bu krizisdən çıxara bildiklərini deyir. Onun sözlərinə görə əvvəllər 2 dəfə infarkt keçirib. Ona görə də həkimlər cənab İsmayıloğlunu evə o şərtlə buraxıblar ki, təcili əməliyyat olunsun. Bu barədə həyat yoldaşından və oğlundan iltizam da alıblar.

O deyir ki, cərrahiyyə əməliyyatı Türkiyədə olmalıdır. Belə bir vəziyyətdə isə onun ölkədən kənara çıxmasına da qadağa qoyurlar.

Mahal İsmayıloğlu bağ qonşusu olan qadına qarşı fiziki və mənəvi ziyan vurmaqda təqsirli bilinir. Keçmiş baş redaktor özü isə deyir ki, əslində belə bir şey olmayıb və ona qarşı təzyiqlərə hakimiyyətin ünvanına tənqidi yazıları səbəb olub.

İsmayıloğlunun dediyinə görə 7 aydır ki, istintaqa çağırılmırmış. İndi yenidən istintaq hərəkətlərinə başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG