Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:00

ABŞ terrorla mübarizə planına əfqanları da cəlb edir


Bu barədə ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Riçard Holbrukun Kabildə Həmid Kərzayi ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verilib

Bu barədə ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Riçard Holbrukun Kabildə Həmid Kərzayi ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verilib

ABŞ-ın terrorla mübarizəyə dair yeni planının işlənib hazırlanmasında Əfqanıstandan olan nümayəndələr də iştirak edəcəklər.

Amerika prezidenti Barak Obama Əfqanıstan tərəfinin bununla bağlı təklifini qəbul edib.

Bu barədə Birləşmiş Ştatların Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Riçard Holbrukun Kabildə Əfqanıstan prezidenti Həmid Kərzayi ilə birgə fevralın 15-də keçirdiyi mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, Vaşinqtona Əfqanıstanın Xarici İşlər nazirinin rəhbərliyi altında nümayəndə heyəti göndəriləcək.

R.Holbrukun Əfqanıstana səfəri bu gün başa çatır. Kabildən sonra o, Hindistana gedəcək.

Bu, xüsusi elçi kimi onun regiona ilk səfəridir.

Amerika prezidenti Barak Obama isə bu günlərdə talibançılarla mübarizə üçün Əfqanıstana əlavə 25 min əsgər göndərməklə bağlı qərar verməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG