Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:07

30-dan çox seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib


İraq rəsmiləri 30-dan çox seçki məntəqəsində səsvermənin nəticələrini ləğv ediblər. İraqda yerli seçkilər ötən ay keçirilib. Seçki komissiyasının rəhbəri Fərəc əl Haidari deyib ki, nəticələrin ləğvi səbəbləri o qədər də mühüm deyil ki, həmin yerlərdə yenidən səsvermə keçirilsin.

Əl Haidari deyib ki, 31 yanvar seçkisinin yekun nəticəsi qarşıdakı həftədə elan ediləcək.

Yanvarın 31-də İraqın 18 əyalətindən 14-də 2005-ci ildən bu yana ilk seçki keçirilib. Əyalət Şurasındakı 440 yer uğrunda təxminən 14 mindən çox namizəd mübarizə aparıb.
XS
SM
MD
LG