Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:01

«Çelsi» özünə gəldi, «Barsa» isə uzun fasilədən sonra xal itirdi


Fevralın 14-ü gecə Avropanın aparıcı futbol ölkələrinin çempionat və kubok oyunlarında bir sıra maraqlı qarşılaşmalar keçirilib. Qus Hiddinkin gəlişindən sonra «Çelsi» İngiltərə kubok oyununda səfərdə «Uotford»u məğlub edib- 3-1. Nikola Anelkanın het-triki «zadəganlar»ı kubokun dörddəbir final mərhələsinə çıxarıb.

İngiltərə premyer-liqasında isə «Portsmut» «Mançester Siti»ni məğlub edib- 2-0.

İtaliya A seriyasında «Latsio» yenə qeyri-sabit oyun nümayiş etdirib. Paytaxt klubu bu dəfə «Torino» ilə öz meydanında heç-heçə edib- 1-1.

Liderlər qrupunda qərarlaşan «Napoli» də «Bolonya» ilə qarşılaşmada azarkeşlərini məyus edib-1-1.

İspaniya primerosunun sürpizi isə lider «Barselona»dan gəlib. Katalon klubu uzun fasilədən sonra iki xal itirib. Səfərdə «Betis»lə qarşılaşmada Qvardiolanın yetirmələrinin gücü yalnız heç-heçəyə çatıb-2-2.

Günün bütün mövzuları

XS
SM
MD
LG