Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:47

Yaqub Mahmudova «Şərəf» ordeni verildi


Yaqub Mahmudov
Prezident İlham Əliyev Yaqub Mahmudovun «Şərəf» ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. O, Azərbaycanda tarix elminin tədqiqi və tədrisində böyük xidmətlərinə görə bu ordenə layiq görülüb.

Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1986-2004-cü illərdə Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı olub. 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur.

Milli Məclisin deputatı, Sosial siyasət daimi komissiyasının üzvüdür.
XS
SM
MD
LG