Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:12

Xaçmaz rayonunda məscid uçub


Xaçmaz rayonunun Pərdiqıran kəndində köhnə məscid binası uçub.

Hadisəyə səbəb son günlər yağan intensiv yağışlar olub. Belə ki, əvvəl binanın bir hissəsi uçub, fevralın 14-nə keçən gecə isə tikili tamamilə çöküb.

Kənd sakinləri bildiriblər ki, məscid 19-cu əsrin ortalarında tikilib. Sovet dövründə tikili məktəb kimi istifadə olunub. Bina qəza vəziyyətində olduğundan, son iki ildir istifadəsiz qalıb. Buna baxmayaraq, sakinlər məsciddə dini abidə kimi daim təmizləmə işləri aparıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb. /ANS Press/

Günün bütün mövzuları

XS
SM
MD
LG