Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:52

Mirzə Sakitin yeganə narazılığı…


«Azadlıq» qəzetinin həbsdə olan satirik yazarı Mirzə Sakit saxlanma şəraitindən narazı deyil. Bunu «Azadlıq» radiosuna fevralın 13-ü M.Sakitlə görüşən vəkil İsaxan Aşurov deyir.

Bu yaxınlarda məhkəmə Mirzə Sakitin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəkillərinin iddiasını rədd etmişdi.

İ.Aşurovun sözlərinə görə, satirik yazarın cəza çəkdiyi müəssisənin rəhbərliyindən yeganə narazılığı onun vaxtından əvvəl azadlığa buraxılması üçün müsbət rəy verməməsidir.

Bir neçə gün əvvəl M.Sakitin prezident İlham Əliyevi məhkəməyə verməsi ilə bağlı məlumatlar da yaymışdı.

Vəkil bu məlumatların həqiqət olduğunu deyir. Onun sözlərinə görə, şikayətdə satirik yazar haqsız həbs edilməsindən və bununla da ailəsinin düşdüyü çətin vəziyyətdən bəhs edir. Ancaq Səbail rayon Məhkəməsinin bu iddiaya baxıb-baxmayacağı hələ ki, bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG