Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:17

«Hazırda bir sıra versiyalar araşdırılır»


Rail Rzayev fevralın 11-də qətlə yetirilib
Rail Rzayev fevralın 11-də qətlə yetirilib
Hazırda general Rail Rzayevin qətlinin istintaqında bir sıra versiyalar araşdırılır.

Bunu «Azadlıq» radiosuna Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Ancaq onun sözlərinə görə, istintaqda hələ ki, ciddi yenilik yoxdur.

Prokurorluğun sözçüsü deyir ki, yeniliklər olduqca bu barədə ictimaiyyətə açıqlama veriləcək.

E.Sultanov Rail Rzayevin qətli ilə bağlı hər hansı bir şəxsin saxlanılıb-saxlanmadığı ilə bağlı heç nə deməyib.

Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, Müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayev fevralın 11-də qətlə yetirilib.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başlanıb.

İşin istintaqını güc strukturlarının əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu araşdırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG